Şirkətlər üçün

Müştərinizin nə istədiyini 48 saata öyrənin

Sifarişi göndərin — sorğunu biz quraq, cavabları biz toplayaq, hazır nəticəni sizə verək. Hesab yaratmağa ehtiyac yoxdur.

Sorğu sifarişi

Formanı doldurun — operatorumuz sizinlə əlaqə saxlayacaq.

Forma hesab yaratmır: operatorumuz sizinlə əlaqə saxlayacaq.

Hansı sorğuları keçiririk

Məqsədinizi yazın — uyğun anket formatını operatorumuz təklif edir, cavabları isə profilə görə seçilmiş iştirakçılardan toplayırıq.

Müştəri məmnuniyyəti sorğusu (CSAT)

Xidmətinizdən, məhsulunuzdan və ya filialınızdan razılığı ölçün, zəif yerləri rəqəmlə görün.

Ətraflı

NPS sorğusu

Müştərilərin sizi tövsiyə etmə ehtimalını 0–10 şkala ilə ölçün və tövsiyə indeksini (Net Promoter Score) hesablayın.

Ətraflı

Bazar araşdırması

Yeni məhsul ideyasını, qiyməti, qablaşdırmanı və ya reklamı buraxılışdan əvvəl hədəf auditoriyada yoxlayın.

Ətraflı

Tez sorğu

1–3 suallıq qısa anketlə bir sualın cavabını tez alın: brend tanınması, üstünlük, sürətli rəy.

Google Forms-dan fərqi nədir?

Google Forms və ya SurveyMonkey anket yaratmağa kömək edir, amma cavab verəcək insanları vermir. OPTA-da anketi biz qururuq və profilə görə seçilmiş iştirakçılara göndəririk: yaş, cins, şəhər və Bakının rayonları, təhsil, məşğulluq və gəlir səviyyəsinə görə hədəfləmə mümkündür.

Hər cavab keyfiyyət yoxlamasından keçir — sürət, diqqət sualları, ziddiyyət; rədd edilən cavab üçün ödəniş etmirsiniz. Nəticəni hesabat, qrafiklər və ixrac faylı ilə alırsınız, iştirakçıların şəxsi məlumatı sizə ötürülmür.

Ətraflı müqayisə: Google Forms və OPTA